Fərid İmanov
Orta məktəbdə yeniyetmələrin ictimai-siyasi günümüz
Azərbyacandakı təhsil sistemində də, dünyada da fərqli praktikada
və metodlar istifadə edilən bir məsələdir. Demokratik ölkələrdən
fərqli olaraq avtoritar ölkələrdə bu bir çox hallarda yeniyetmələrin
maariflənməsinə deyil, sistemə sədaqətli və etiraz ruhu boğulacaq
yetişdirilməsinə xidmət edir. Təbii ki, demokratik və ya seçkinin
olduğu ölkələrdə də bunun ideal şəkildə tədrisi vardır demək də
obyektivlikdən kənar olar. Sadəcə müqayisədə demokratik və
nəzarət mexanizminin güclü olduğu ölkələrdə ictimai-siyasi
maarifləndirmənin daha effektiv olduğu qənaətinə gəlmək
mümkündür.
Aristotel 7-14 yaş dövrünü yeniyetməlik, 14-21 yaş dövrünü “kamillik
dövrü” adlandırırıdı. O yeniyetməlik dövrünün tərbiyəsini iradə
tərbiyyəsi, kamillik dövrünün tərbiyəsini isə “əqli tərbiyə”
adlandırmışdır. O əqli tərbiyənin şəxs üzərində ciddi təsirinin və
önəminin olduğunu vurğulamaqla yanaşı, bu dövrdə bu tip
tərbiyədən məhrum olan şəxslərin fərd kimi yetişməsinə mənfi təsir
göstərdiyini də qeyd edirdi.
D.B.Elkoninə görə də uşaq anadan olandan 17 yaşa qədər olan
dövrdə ardıcıl olaraq, müxtəlif fəaliyyət növlərindən istifadə edərək
yetişir.
Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə əsaslanaraq
D.B.Elkonin müvafiq şəkildə uşağın anadan olandan orta məktəbi
qurtarana qədər aşağıdakı altı yaş dövrünü keçdiyini qeyd etmişdir.
Elokinin 6 yaş dövrü konsepsiyasının 6-17 yaş dövrünə diqqət
yetirsək:
Kiçik məktəb yaşı dövrü: altı-yeddi yaşdan on-on bir yaşa qədər:
Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı fəaliyyət kimi
özünü göstərir. Təlim prosesində əqli və idrak qabiliyyətləri
formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə edən adamlarla onun
münasibətlər sistemi şərtlənir.
Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş yaşa qədər:
Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət forması olan
intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf edərək aparıcı fəaliyyət
rolunu oynayır. Ünsiyyətin başlıca məqsədi yoldaşlıq və dostluğun
elementar normalarının aşkara çıxarılması və mənimsənilməsindən
ibarət olur. Ünsiyyətin bütün formalarında yoldaşlığın özünəməxsus
kodeksinə tabe olmaq münasibəti müşahidə olunur.
İlk gənclik dövrü: on dörd-on beş yaşdan on yeddi yaşa qədər:
Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. Yeniyetməlik
dövründə meydana gələn intim-şəxsi ünsiyyət inkişafda mühüm
əhəmiyyət kəsb edir. İlk gənclik dövründə həyata baxışlar, peşə və
şəxsi özünütəsdiq inkişaf edir.
Psixoloji ədəbiyyatda insanın bütün həyat silsiləsini əhatə edən
aşağıdakı yaş dövrlərinin təsnifi verilmişdir:
Göründüyü kimi, D.B. Elokin də 6-7 yaşlardan 17 yaşlara qədər olan
şəxslərin əqli tərbiyəsinin, əmək fəaliyyətinin, ictimai-siyasi
maarifləndirilməsinin və s kimi məsələlərin olduğu dövrləri də orta
məktəb dövrü dediyimiz- 6-17 yaş dövrünə aid edib.
Azərbaycan praktikasına nəzər yetirsək, təbii ki, demokratik
düşüncənin inkişafına xidmət edən bir tədrisin olmadığını görmək
mümkündür. Məsələn 2009-cu ildən tədrisinə başlanılan, amma
2016-cı ildə dərs proqramından çıxarılan “konstitutsiya” dərslərinin
ləğv edilməsi və bu dərslərin “həyat bilgisi” “fərd və cəmiyyət” kimi
fənlərlə əvəz edilməsi halı baş verdi. Bunun edilmə məqsədi bəlli idi:
öz hüquqlarını bilən bir vətəndaşın yetişməməsi.
Konstitutsiya tədrisi təkcə hüquq və məsuliyyətləri anlamağa kömək
etmirdi. Bu fənn aktiv vətəndaşlığın gücləndirilməsi, tənqidi
düşüncənin inkişafı, sosial ədalət və qanunun aliliyi kimi
məsələlərin öyrənilməsinə də kömək edirdi. Bu fənnin tədrisi ilə
yeniyetmələr, sərbəst toplaşma, ifadə, təşkilatlanma, bərabərlik,
dini etiqad azadlığı kimi bir çox konstusyon hüquqlarından xəbərdar
olurdular. Bu fənnin ləğv edilməsi də təbii ki, sistemin maraqlarına
zidd və hüquqlarını bilən, etirazçı vətəndaşın yetişdirilməsinin
qarşısını almağa hesablanmış addım olması aşkardır.
Türkiyə praktikasına baxdıqda orta məktəblərdə sin dərsinin tədris
edilməsi halı ilə rastlaşırıq. Axırıncı qanuna əsasən bu saat 16-a
çıxarıldı. Bunun nəticəsində məktəblərdə xarici dil və digər fənlərin
saatı azaldılaraq din dərsinə əlavə edildi.
Avropada keyfiyyətli təhsil dedikdə ilk ağıla gələn ölkə olan
Finlandiya təhsil sisteminə baxsaq, burda 7 yaşdan 16 yaşa qədər
təhsil almaq icbaridir. Buna dövlət tərəfindən nəzarət edilməklə
yanaşı, bütün təhsil müəssisələri dövlətə aiddir. Təhsil sistemində
şagirdə özünü tapması üçün, demokratiya, insan haqları, müstəqil
düşüncə formalaşması üçün fənlərin tədrisi nəzərdə tutulmuşdur.
Şagirdlərin fikirlərinin formalaşması üçün müxtəlif fəaliyyətlərə cəlb
edilir. Özlərinə uyğun peşəyə, maraq sahəsinə və müstəqil
düşüncəyə yiyələnməsi üçün xüsusi saat və fənlərin tədrisinə diqqət
yetirilir. Tədrisin tam şəkildə ödənişsiz olduğu bu ölkə bir çox
araşdırmalarda dünyanın ən keyfiyyətli təhsil sisteminə sahib ölkə
olaraq ön plana çıxır.
Ümumən nəzər yetirsək, pedaqoqların xüsusi olaraq qeyd etdiyi orta
məktəb dövründə şagirdin öyrənməli və sahiblənməli olduğu əqli,
ictimai-siyasi inkişafı avtoritar sistemə malik olan Azərbaycanda
tətbiqi mənfiyə doğru dəyişib. Türkiyə kimi demokratik institutların
çox olduğu ölkədə din dərslərinin də kiçik yaşlardan tədrisi təhsildə
bərabərlik və şagirdin müstəqil düşüncə ilə özünü tapmasına deyil,
tərəfli bir tədrisə xidmət etdiyini görə bilərik. Bu halda təhsil
sistemində ictimai-siyasi maarifləndirmə üçün demokratik idarənin
önəmi və seçkinin ilə yanaşı, digər institutların və nəzarət
mexanizminin də önəmini də görmək mümkündür. Hansı ki, bunun
real örnəyini Finlandiya və bir çox Avropa ölkəsində görürük.
Mənbə:
-Təhsil haqqında Azərbaycan Respublikası təhsil haqqında qanunu.
-Türkiyə Respublikası təhsil haqqında qanunu.
-Finlandiya Respublikası təhsil haqqında qanunu.
-D.B Elokin: Uşaq psixologiyası.
-Aristotel: Siyasət.