Akademik fəaliyyət

Biz kimik? İştirak Evi İctimai Birliyi gənclər arasında ictimai iştirakçılığı və demokratik iştirakın təşviqini hədəfləyən açıq məkandır. 2022-ci ildə yaradılan mərkəzimiz gənc təşəbbüs qrupları və tələbələrin bir araya gəlməsi, ideyalarını formalaşdırması və ictimai proseslərdə fəal iştirak etməsi üçün dinamik mühit təmin edir. Qeyri-hökumət təşkilatı olaraq biz fəal, təşəbbüskar və müstəqil gənclərin inkişafını dəstəkləməyə sadiqik. Mərkəzimiz gənclərin öz fundamental hüquqlarını və demokratik dəyərləri daha dərindən dərk edə biləcəyi öyrənmə və əməkdaşlıq məkanıdır. Biz nə edirik? İştirak Evi gənclər və vətəndaş cəmiyyəti təşkilatları (VCT) tərəfindən təşkil edilən müxtəlif tədbirlər üçün alternativ məkan təklif edir. Yarandığımızdan bəri biz 500-dən çox tədbirə o cümlədən mühüm ictimai-siyasi mövzulara dair təlim, podkast, mühazirə, seminar və müzakirələrə ev sahibliyi etmişik. Bu tədbirlər bizim məkanımızdan istifadə etmək üçün müraciət edən ümumilikdə 25 müxtəlif gənc təşəbbüs qrupları və VCT-lər tərəfindən təşkil edilib. Biz gənclərin maariflənməsini və bacarıqlarının artırılmasını hədəfləyən müxtəlif proqramlar həyata keçiririk. Bu təşəbbüslərdən biri də ABŞ səfirliyinin Bakı ofisi tərəfindən dəstəklənən və 30 gəncin iştirakı ilə 2023-cü ildə keçirilən “Parlament Məktəbi” proqramı olub. Bu proqramlar gənclərə debat və xüsusi təlimlər vasitəsilə praktiki təcrübə əldə etməklə yanaşı, müvafiq olaraq qanunvericilik prosesi və idarəçilik bacarıqları haqqında anlayışları dərinləşdirmək imkanı verir. İştirak Evi həmçinin təhsil səfərləri və mübadilə proqramları kimi zənginləşdirici təcrübələr təklif etmək üçün Danimarkanın Kopenhagen Universitetində Notion (Afsaet) tələbə qrupu kimi tərəfdaşlarla əməkdaşlıq edir. Bu təşəbbüslər iştirakçılarımızın perspektivlərini genişləndirməyə və onların təhsil və peşəkar inkişafını artırmağa kömək edir.

Digital Rights and Forms of Attacks

1. Executive Summary........................................................................................................................................ 2 2. Introduction.................................................................................................................................................... 2 3. Digital Rights and Forms of Attacks............................................................................................................ 3

Azərbaycanda liberalizmin yolu, yaxud yolsuzluğu

Nihad İbrahimxəlilov İdeologiya olaraq liberalizm ən üst səviyyə fərdi hüquqlar, fikir azadlığı, sekulyarizm, fərdiyyətçilik, irqi bərabərlilik, söz azadlığı, inanc...

Orta məktəbdə yeniyetmələrin ictimai-siyasi maarifləndirilməsi

Fərid İmanov Orta məktəbdə yeniyetmələrin ictimai-siyasi günümüzAzərbyacandakı təhsil sistemində də, dünyada da fərqli praktikadavə metodlar istifadə edilən bir məsələdir....

Recent Articles

“Müasir Azərbaycan ədəbiyyatı varmı?” başlıqlı müzakirə keçirilib

İştirak Evində Aristotel Fəlsəfə Klubu tərəfindən 27 oktyabrda təşkil edilən "Müasir Azərbaycan ədəbiyyatı varmı?" başlıqlı müzakirə keçirilib.Tədbirin spikeri yazıçı, Avrasiya Universitetinin müəllimi...

ABŞ PREZİDENT SEÇKİLƏRİ MÜZAKİRƏSİ

ABŞ-dəki seçkilər haqqında nə düşünürsüz?Sizcə Demokratlar qalib gələcək, ya Respublikaçılar?Gəlin, biryerdə müzakirə edək!Seçki Müşahidə Alyansı sizi 3 noyabr saat 17:30-da İştirak Evində...

Əmək münasibətlərində gender bərabərliyi: Qanunvericilikdə və Praktikada

İştirak Evində Qadın Hüquqları Evi tərəfindən 27 oktyabrda təşkil edilən "Əmək münasibətlərində gender bərabərliyi: Qanunvericilikdə və Praktikada" başlıqlı müzakirə keçirilib.Tədbirin spikeri hüquqşünas...

Hüquqşünas tələbələr, bu elan sizin üçündür! 📢

Sabahın Vəkilləri İctimai Birliyi sizləri “Leqal Söhbətlər” adlı silsilə müzakirələrə dəvət edir.Növbəti müzakirəmiz “Avropa İnsan Haqları Məhkəməsinin təfsir üsulları” mövzusunda təcrübəli hüquqşünas...

Müasir Azərbaycan ədəbiyyatı varmı?

"Aristotel" Fəlsəfə Klubu yeni mövsümdə yenilənmiş şəkildə qarşınızdadır.27 oktyabr saat 17:30-da Avrasiya Universitetinin müəllimi və AMEA-nın doktorantı Yusif Bidanın spikerliyi ilə Azərbaycan...

Stay on op - Ge the daily news in your inbox