Agora Analitik Kollektiv tərəfindən “Azərbaycandan beyin axını niyə baş verir?” mövzusunda ictimai müzakirə təşkil olunub

İştirak Evində Agora Analitik Kollektiv tərəfindən “Azərbaycandan beyin axını niyə baş verir?” mövzusunda 18 mart tarixində ictimai müzakirə təşkil olunub.

Müzakirədə iştirakçılar beyin axınının sosial-iqtisadi və struktural səbəblərindən bəhs edib, şəxsi təcrübələrini bölüşüblər.

Bu müzakirənin məqsədi, beyin axınının əsas sahələrinə, sabəblərinə və nəticələrinə diqqət çəkmək olmuşdur. Müzakirədə həm mövzu üzrə təcrübəsi olan ekspert və tədqiqatçılar, həm də müxtəlif səbəblərdən ölkəni tərk etmiş və ya tərk etməyə hazırlaşan peşəkarlar iştirak etmişdir.