Agora – Analtik Kollektiv tərəfindən ” Azərbaycandan Beyin Axını niyə baş verir? “ mövzusunda ictimai müzəkirə təşkil olunacaq

Mövzu: Azərbaycandan beyin axını niyə baş verir?

Təsvir: Beyin axını təhsilli və peşəkar şəxslərin daha yaxşı şəraitdə çalışmaq üçün bir ölkədən və ya sektordan digərinə köçü ilə bağlı olan fenomendir və bu, insan kapitalı ilə birbaşa əlaqəlidir. Bunun ölçülməsi üçün yetərincə səhih məlumat və göstəricilər mövcud olmasa da, Azərbaycandan beyin axınının yüksək səviyyədə olduğu media və ekspertlər tərəfindən tez-tez vurğulanır.

Bu müzakirənin məqsədi, beyin axınının əsas sahələrinə, sabəblərinə və nəticələrinə diqqət çəkməkdir. Müzakirədə həm mövzu üzrə təcrübəsi olan ekspert və tədqiqatçılar, həm də müxtəlif səbəblərdən ölkəni tərk etmiş və ya tərk etməyə hazırlaşan peşəkarlar iştirak edəcək.

Qonaqlar:

İbrahim Nİftiyev – İqtisadi Siyasət üzrə Doktor, Szeged Universiteti

Türkan Əliyeva – Həkim, Almaniya

Fərid Mehralızadə – İqtisadi təhlilçi

Nəcmin Kamilsoy – Siyasət təhlilçisi

Orxan Zakirov – Texnologiyalar üzrə mütəxəssis

Sahilə Zeynal – Rəqəmsal marketinq mütəxəssisi

Yer: İştirak Evi (Jalə Plaza, 5-ci mərtəbə – Şamil Əzizbəyov 140)

Vaxt: 18 mart, saat 16:00

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasə formasında dərc olunacaq.