30 mart tarixində İştirak Evində “Muzdalan”, “EoS Academy” və “Easy-Peasy Economics”-in birgə təşkilatçılığı ilə “Giq iqtisadiyyatı: Azadlıq, yoxsa asılılıq?” mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.
Tədbir zamanı Fərid Rustamzadənin idarəçiliyi ilə Azərbaycanda “Uber”, “Wolt”, “Bolt” kimi platforma şirkətlərində çalışan şəxslərin hüquqları, gig iqtisadiyyatının iqtisadi-sosial təsirləri və bu sahədə yaranan problemlərin həll yolları müzakirə edilib.
“School of Economics” layihəsinin əsas məqsədi gənclərin iqtisadiyyat sahəsində biliklərini inkişaf etdirmək və onlarda real iqtisadi hadisələri təhlil etmə qabiliyyəti formalaşdırmaqdır. Bu layihə Azərbaycanda inklüziv sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə yerli iqtisadi və sosial mövzularda tədqiqatları və ictimai müzakirləri təşviq edir.

