Site icon Participation House

“Muzdalan”, “EoS Academy” və “Easy-Peasy Economics”-in birgə təşkilatçılığı ilə “Giq iqtisadiyyatı: azadlıq, yoxsa asılılıq?” mövzusunda dəyirmi masa müzakirəsi keçiriləcək

“Muzdalan” sizi “EoS Academy” və “Easy-Peasy Economics” ilə birgə təşkil etdiyi dəyirmi masa müzakirəsinə dəvət edir.

Mövzu: Gig iqtisadiyyatı: azadlıq, yoxsa asılılıq?

Son dövrlərdə Azərbaycanda “Uber”, “Wolt”, “Bolt” kimi platforma şirkətlərində çalışanların sayında kəskin artım müşahidə edilir. Bu isə öz növbəsində ölkədə gig iqtisadiyyatı adlandırılan sahənin inkişafına təkan verir. Məşğulluq imkanlarını artırması və sahibkarlığı təşviq etməsi ilə yanaşı, bu mövzu ilə bağlı gündəmə gələn məsələlərdən biri də gəlir bərabərsizliyi və işçilərin sosial təminatı ilə bağlı çatışmazlıqlardır. Bəs bu faktorlar öz növbəsində iqtisadiyyata hansı formada təsir edir?

Bu suala biz spiker Fərid Rüstəmzadənin idarəçiliyi ilə baş tutacaq müzakirəmiz zamanı cavab tapmağa çalışacayıq.

Məkan: İştirak Evi (Jalə Plaza, 5-ci mərtəbə – Şamil Əzizbəyov 140)

Tarix: 30 mart, saat 19.00

Exit mobile version